Bank Of Baku

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayıb

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayıb
# 29 dekabr 2008 11:32 (UTC +04:00)
Müasir rəqəmsal avadanlıqlarla təchiz olunmuş televiziya fəaliyyətə 3 canlı proqramla başlayıb. Hər gün "Kanal-S Xəbər" adlı 2 xəbər proqramı, "Gün gəlir" adlı səhər proqramı və "Hit-miks" adlı 2 musiqi proqramı yayımlayacaq telekanal 18 saat efirdə olacaq.
Bundan başqa, tamaşaçılar hər həftə "İpək kimi" adlı qadın, "Gəzərsən-görərsən" adlı maarifləndirici, "Təzə məzə" adlı yumoristik proqramları “Kanal-S” telekanalının efirindən izləyə biləcəklər.
Ancaq Azərbaycan dilində yayım həyata keçirən telekanalda 50 nəfərlik texniki və yaradıcı personal çalışacaq.
İlk olaraq Şəki ərazisində yayımlanan telekanalın tezliklə Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında da yayımlanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR