Bank Of Baku

MTRŞ sədri: “Şuranın sabah qəbul edəcəyi qərarlar dərhal icra olunacaq”

MTRŞ sədri: “Şuranın sabah qəbul edəcəyi qərarlar dərhal icra olunacaq”
# 29 dekabr 2008 14:58 (UTC +04:00)
MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya iclasda qəbul ediləcək qərarların dərhal icra olunacağını bildirib. Şura sədri deyib ki, xarici radiostansiyaların fəaliyyəti ilə bağlı MTRŞ-nın mövqeyi ilk gündən bəllidir: “Biz Azərbaycanda milli teleradio yayımı ilə bağlı mövcud vəziyyəti dünya standartlarına uyğunlaşdırmaq istəyirik. Azərbaycan qanunvericiliyi teleradio yayımı sahəsində tam təmin olunmalıdır”.
N. Məhərrəmlinin sözlərinə görə, bu prosesə 2004-cü ildən başlanılıb: “Hələ görüləsi işlərimiz var. Yayımla bağlı mövqeyimiz hüquqi məsələ kimi ortaya qoyulub və bu məsələni hüquq çərçivəsində çözməyə çalışacağıq”.
Şura sədri bir qrup qadın millət vəkilinin Azərbaycan telekanallarında milli-mənəvi dəyərlərlə bağlı müraciətinə də münasibət bildirib: “Mən də bu fikirlərlə razıyam. Telekanallar kommersiya maraqlarını ön plana qoymamalı və şou proqramlara üstünlük verməməlidirlər. Amma reklamla bağlı vəziyyət telekanalları bu və ya başqa səpkili verilişlər axtarmağa məcbur edir. Biz çalışacağıq ki, bu sahədə vəziyyəti yaxşılaşdıraq, amma bizim telekanalların yaradıcılıq işlərini qarışmağa icazəmiz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR