Bank Of Baku

Teleradio işçilərinin təltif edilmə mərasimi keçirilib

Teleradio işçilərinin təltif edilmə mərasimi keçirilib
# 29 dekabr 2008 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) prezident İlham Əliyevin noyabrın 4-də imzaladığı sərəncamla teleradio sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı, “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar mühəndis” fəxri adları alan və prezident təqaüdünə layiq görülən şəxslərin təltif edilmə mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə çıxış edən Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu mükafatlandırma Azərbaycanın teleradio jurnalistlərinə öz yaradıcılıq imkanlarını genişləndirmək üçün əlavə stimul verib. Ə. Həsənovun sözlərinə görə, hazırda teleradio sahəsi bütün tələblərə cavab verir. Ölkə başçısının adından teleradio işçilərinə təbriklərini çatdıran Ə. Həsənov onların mükafatlarını təqdim edib. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə 12 nəfər teleradio işçisi “Tərəqqi” medalına, 8 nəfər “Əməkdar jurnalist”, 5 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdaş mühəndis” fəxri adlarına, 2 nəfər isə prezident təqaüdünə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR