Bank Of Baku

Azərbaycanda yeni radionun efirə çıxması ləngiyir

Azərbaycanda yeni radionun efirə çıxması ləngiyir
# 30 dekabr 2008 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan “Media FM” radiosunun efirə çıxması ləngiyir. “Media FM”-in baş direktoru Tural Əliyevin APA-ya verdiyi məlumata görə, yanvarın 1-dən efirə çıxmalı olan radio yanvarın ortalarından efirdə olacaq. Gecikməni havaların soyuq olması səbəbindən radionun texniki avadanlıqlarının vaxtında quraşdırıla bilməməsi ilə izah edən T. Əliyev texniki avadanlıqların quraşdırılmasının artıq başa çatdığını, yanvarın ilk ongünlüyündə sınaq test yayımının aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR