Bank Of Baku

MTRŞ: 2009-cu il yanvarın 1-dən bütün kanallarda olan verilişlər Azərbaycan dilində yayımlanmalıdır

MTRŞ:  2009-cu il yanvarın 1-dən bütün kanallarda olan verilişlər Azərbaycan dilində yayımlanmalıdır
# 30 dekabr 2008 11:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında televiziya kanallarında Azərbaycan dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlıq qərar qəbul olunub. APA-nın xəbərinə görə, bu barədə şura sədri Nuşirəvan Məhərrəmli iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib. Ölkə telekanallarında yayımlanan verilişlərin 95 faizinin Azərbaycan dilində olduğunu bildirən N. Məhərrəmli bu sahədə bir sıra nöqsanların olduğunu deyib. MTRŞ sədri deyib ki, şuranın qərarına əsasən 2009-cu il yanvarın 1-dən bütün kanallarda olan verilişlər Azərbaycan dilində yayımlanmalıdır. Qərarda bununla bağlı yalnız bir neçə istisna olduğu qeyd edilib. Bu istisnalar ingilis, rus dilində olan xəbərlər proqramlarına, maarifləndirici, intellektual verilişlərə, xüsusi ictimai–siyasi əhəmiyyətli tədbirlərdən olan reportajlara, tədris proqramlarına (tədris proqramları 30 dəqiqədən çox olmamaqla) aiddir. Qərarda bildirilib ki, xarici dillərdə yayımlanacaq həmin proqramların titrdə Azərbaycan dilində tərcüməsi verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR