Bank Of Baku

“Avropa+Bakı” radiosunun fəaliyyəti dayandırılıb

“Avropa+Bakı” radiosunun fəaliyyəti dayandırılıb
# 30 dekabr 2008 12:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yanvarın 1-dən “Avropa+Bakı” radiosunun fəaliyyəti dayandırılacaq. APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının bu gün keçirdiyi iclasında qərar qəbul edilib. İclasdan sonra keçirdiyi mətbuat konfransında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, sözügedən radioya 2 il əvvəl yerli radio statusu və tezlik verilib. Lakin “Avropa+Bakı” radiosu bu müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.

FM dalğasında yayımlanan radionun verilişlərinin 95 faizinin xarici dildə olduğunu deyən N. Məhərrəmli bildirib ki, bu, Şuranın “Avropa+Bakı” radiosunun fəaliyyətini dayandırmaqla bağlı qərar çıxarmasına səbəb olub.

N. Məhərrəmli bildirib ki, bununla əlaqədar ən qısa müddət ərzində iddia qaldırılacaq və məhkəməyə müraciət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR