Bank Of Baku

“Azadlıq” radiosunun prezidenti Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlı mövqeyini açıqlayıb

“Azadlıq” radiosunun prezidenti Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlı mövqeyini açıqlayıb
# 30 dekabr 2008 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bağlı mövqeyini açıqlayıb. APA-nın xəbərinə görə, C. Gedman radioya açıqlamasında qərardan məyus olduğunu söyləyib:
«Məncə, bu, çox məyusedicidir, həm də hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq xəbər, informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və «Amerikanın səsi»ni yerli tezliklərdən çıxarmaqla onlar xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR