Bank Of Baku

ABŞ Dövlət Departamenti və ATƏT xarici radioların milli tezlikdə yayımının dayandırılması ilə bağlı məsələyə münasibət bildirib

ABŞ Dövlət Departamenti və ATƏT xarici radioların milli tezlikdə yayımının dayandırılması ilə bağlı məsələyə münasibət bildirib
# 30 dekabr 2008 16:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Biz Azərbaycan hökumətinin «Azadlıq» radiosu, «Amerikanın səsi» və BBC-nin yayım lisenziyasını yeniləməmək qərarından təəssüf hissi keçiririk. Bu media təşkilatları Azərbaycanda demokratik debat, eləcə də ideya və informasiyanın azad mübadiləsində önəmli rol oynayır”. APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin xarici radioların Azərbaycanın milli tezliyində yayımının dayandırılması ilə bağlı bəyanatında belə qeyd olunub.

Dövlət Departamenti qeyd edib ki, onlar bu radio və TV yayımlarının işini davam etdirmək üçün lazım olan hüquqi çərçivənin işlənib hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlığı davam etdirmək əzmindədir.

ATƏT də xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılmasından təəssüf hissi keçirməsi ilə bağlı press-reliz yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR