Bank Of Baku

Kənan Əliyev: ““Azadlıq” radiosunun milli tezlikdə yayımının dayandırılması qərarı Azərbaycan redaksiyasının işinə təsir edəcək”

Kənan Əliyev: ““Azadlıq” radiosunun milli tezlikdə yayımının dayandırılması qərarı Azərbaycan redaksiyasının işinə təsir edəcək”
# 30 dekabr 2008 17:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““Azadlıq” radiosunun Azərbaycan milli tezliyində yayımının dayandırılması qərarı Azərbaycan redaksiyasının iş prosesinə təsir edəcək. Hər halda bu məsələ ilə bağlı müsbət yeniliklərin olacağını ümid edirik. Hesab edirəm ki, hər iki tərəf bu məsələnin həlli üçün danışıqlarda maraqlı olacaq”. “Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev APA-ya açıqlamasında bildirib ki, radio dinləyicilər onlar üçün daha rahat olan “FM” tezliyindən məhrum olub: “ Əlimizdə olan alternativ vasitələr internet, peyk və qısa dalğa isə “FM” tezliyi ilə müqayisəyə oluna bilməz. Məhz buna görə də qərardan məyusuq”.

Xidmətin direktorunun sözlərinə görə, radionun Azərbaycan redaksiyasında hansısa struktur dəyişikliyindən danışmaq tezdir: “Onu deyə bilərəm ki, bu komanda ilə işimizi davam etdirmək əzmindəyik. Kollektivin sayı artırıla, imkanlarımızı genişləndirə bilərik. Çünki məlumatı dinləyicilərə çatdırmaq üçün başqa vasitələrdən istifadə etməliyik”.

K. Əliyev deyib ki, informasiyaların abunəçilərə internet poçt vasitəsilə də çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR