Bank Of Baku

“Ekspress” qəzeti gündəlik nəşrini bərpa edib

“Ekspress” qəzeti gündəlik nəşrini bərpa edib
# 06 yanvar 2009 10:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda çap olunan “Ekspress” qəzeti gündəlik nəşrini bərpa edib. Bu barədə APA-ya qəzetin baş redaktoru Qəzənfər Bayramov məlumat verib. Onun sözlərinə görə, qəzetin gündəlik nəşri üçün yaranmış maliyyə və texniki problemlər tam aradan qaldırılıb. Baş redaktor sabahdan “Ekspress”in həftədə 5 dəfə nəşr ediləcəyini qeyd edib. Bu ilin yanvarından çapı nəzərdə tutulan “Futbol-Ekspress” qəzetinə gəldikdə, Q. Bayramov bildirib ki, bu proyekt müvəqqəti olaraq dayandırılıb və bu adda ayrıca qəzet nəşr olunmayacaq: ““Ekspress” gündəlik 24 səhifə nəşr olunacaq və qəzetin içərisində əvvəllər olduğu kimi, yenə də “Futbol-Ekspress” əlavəsi olacaq”.

Qeyd edək ki “Ekspress” qəzeti dekabrın 4-dən dövriliyini azaldaraq, həftədə 3 dəfəyə keçmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR