Bank Of Baku

Nazirlik: “Azadlıq”, “Amerikanın səsi” və BBC radioları MTRŞ-ya müraciət edərək, Azərbaycanda qısa dalğada yayımlanma üçün icazə almalıdırlar”

Nazirlik: “Azadlıq”, “Amerikanın səsi” və  BBC radioları MTRŞ-ya müraciət  edərək, Azərbaycanda qısa dalğada yayımlanma üçün icazə almalıdırlar”
# 07 yanvar 2009 16:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azadlıq”, “Amerikanın səsi” və BBC radioları Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edərək, Azərbaycan ərazisində qısa dalğada yayımlanmasına icazə verməsini xahiş etməlidir”. Bu barədə APA-ya Rabitə də İnformasiya Texnologiya Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat birliyinin baş direktoru Əflatun Şərifov bildirib. Ə. Şərifovun sözlərinə görə, MTRŞ bu icazəni verəndən sonra Dövlət Radiotezliklər İdarəsi həmin radiolara konkret dalğa verməlidir: “Yalnız bundan sonra onlar bizə müraciət edib, müqaviləyə bağlaya bilərlər”.

Baş direktor bildirib ki, hələ ki, qısa dalğalar digər dövlətlərin radiostansiyalarına verilməyib: “Bu radiolar qısa dalğalarda başqa ölkələrin ərazisində yayımlanırlar. Azərbaycan ərazisindən yayımlanmaq üçün isə texniki avadanlıqlar yalnız bizdədir. Azərbaycanda hansı radiostansiya olur-olsun, yalnız MTRŞ, Dövlət Radio Tezliklər İdarəsi və Rabitə də İnformasiya Texnologiya Nazirliyindən icazə almalıdır”. Ə. Şərifov bildirib ki, hər üç xarici radiostansiya yaxın vaxtlarda MTRŞ-ya müraciət etməlidirlər.

Dövlət Radio Tezliklər İdarəsindən isə APA-ya bildirilib ki, MTRŞ-dan orta və FM dalğalarında xarici radiostansiyalarının yayımının dayandırılması ilə bağlı sözügedən quruma məlumat daxil olub. Qısa dalğa ilə bağlı isə Şuradan hələ ki, heç bir sənəd daxil olmayıb.

MTRŞ-nın üzvü Qafar Cəbiyev isə APA-ya bildirib ki, hələlik Şurada xarici radiostansiyaların qısa dalğa ilə yayımlanmasına icazə tələb olunması ilə bağlı heç bir müzakirə aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR