Azərbaycanda bəzi regional televiziyalar Milli Teleradio Şurasının qərarına əməl etmir
APA-nın Lənkəran bürosunun məlumatına görə, bu bölgədə fəaliyyət göstərən və 20.00-dan 01.00-a qədər yayımlanan “Cənub” TV də “Bir İstanbul masalı” və “Kurdlar vadisi” seriallarını türk dilində efirə verməkdə davam edir. Qeyd edək ki, sözügedən kanal cənub bölgəsi də daxil olmaqla, Mil-Muğan bölgəsi və Aran rayonlarında yayımlanır. Mingəçevirdə fəaliyyət göstərən MTV də türk seriallarının yayımını davam etdirir. Hazırda bu regional kanalda üç türk serialı - “Sağır oda”, “Pusat” və “Küzey ruzgarı” türk serialları yayımlanır.
APA-nın Gəncə bürosundan məlumatında isə bildirilir ki, qərb bölgəsində fəaliyyət göstərən üç televiziyadan ikisi - Gəncədə fəaliyyət göstərən “Kəpəz TV” və Tovuzda fəaliyyət göstərən “Simurq” TV (“SmTV”) MTRŞ-nin qərarına tabe olaraq türk seriallarının yayımını dayandırıb. Lakin Gəncədə fəaliyyət göstərən digər televiziya “Alternativ TV” dünən və srağagün Kamal Sunalın baş rol aldığı türk bədii filmləri nümayiş etdirib.
“Aygün TV”-dən APA-ya bildirib ki, MTRŞ-nın qərarı telekanala rəsmi şəkildə bu gün daxil olduğundan qərara bu gündən əməl olunacaq. Televiziyadan o da bildirilib ki, MTRŞ-nın regional telekanallara bu problemlə bağlı bəzi güzəştlər etməsi məqsədəuyğun olardı: “Çünki regional televiziyaların əcnəbi filmləri dublyaj etmək üçün heç bir maddi-texniki imkanı yoxdur”.
MTRŞ üzvü Qafar Cəbiyev isə APA-ya bildirib ki, Şuranın qərarı Azərbaycan ərazisində fəaliyyət göstərən bütün telekanallara, o cümlədən regional televiziyalara aiddir. Q. Cəbiyev deyib ki, regional kanalların yol verdiyi qanun pozuntusundan MTRŞ-nın xəbəri var və yaxın günlərdə keçiriləcək iclasda bununla bağlı ciddi müzakirələr aparılacaq. Q. Cəbiyev etiraf edib ki, MTRŞ-nın regional kanallara tam nəzarət etmək imkanı yoxdur: “Bakıda oturub, regional kanalların monitorinqini aparmaq qeyri-mümkündür. Biz bir neçə əməkdaşımızı bölgələrə ezam etmişik ki, regional televiziyaların xəbəri olmadan onların monitorinqini aparsınlar. Bununla yanaşı, Şura bəzi yerli qurumlara da regional televiziyalarda yol verilən qanun pozuntularını müəyyənləşdirmək üçün müraciət edib”.
Q. Cəbiyev onu da əlavə edib ki, MTRŞ Nazirlər Kabinetinə regionlarda Şuranın regional monitorinq mərkəzlərinin yaradılmasının tezləşdirilməsi üçün müraciət edib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO