Bank Of Baku

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum üzrə “Azad söz” təşəbbüs qrupu yaradılıb

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum üzrə “Azad söz” təşəbbüs qrupu yaradılıb
# 10 yanvar 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Martın 18-də Azərbaycan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı Azərbaycan jurnalistlərinin iştirakı ilə “Azad söz” təşəbbüs qrupu yaradılıb. APA-nın məlumatına görə, “Space” telekanalında keçirilən təsis iclasında ayrı-ayrı KİV-lərin nümayəndələri iştirak edib. İclasa sədrlik edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov mətbuatın həmişə hadisələrin önündə getdiyini, siyasi proseslərdən də kənar olmadığını bildirib. Onun sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklərin xalqa düzgün çatdırılması işində mətbuat önəmli rol oynayır: “Bəzi müxalifət qrupları bu dəyişikliklərin mahiyyətini cəmiyyətə düzgün təqdim etmir və bununla çaşqınlıq yaradaraq öz niyyətlərini həyata keçirməyə çalışırlar. Ona görə də biz mətbuat orqanlarının ayrıca bir təşviqat qrupunu yaradaraq dəyişikliklərin nədən ibarət olduğunu xalqa düzgün çatdırmağı vacib sayırıq”. Onun sözlərinə görə, təbliğat qrupunun yaradılması üçün bu vaxta qədər 12 təşəbbüs qrupunun iclası keçirilib və bu iclaslardan 208 nümayəndə seçilib.

Təsis toplantısında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Məmmədov çıxış edib. B. Quliyev təşəbbüs qrupunun “Azad söz” adlandırılmasını təklif edib.

Çıxışlardan sonra təşəbbüs qrupunun “Azad” söz adlandırılması ilə bağlı təklif səsə qoyulub və yekdilliklə qəbul edilib. İclasda təşəbbüs qrupunun 21 nəfərdən ibarət təmsilçisi müəyyənləşib. Yaxın günlərdə təşəbbüs qrupu imza vərəqələri almaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR