Bank Of Baku

Azərbaycanın bir qrup yazarı qrant layihələri ilə bağlı beynəlxalq donor təşkilatlarına və səfirliklərə müraciət edib

Azərbaycanın bir qrup yazarı qrant layihələri ilə bağlı beynəlxalq donor təşkilatlarına və səfirliklərə müraciət edib
# 12 yanvar 2009 08:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın bir qrup yazarı beynəlxalq donor təşkilatlarına və Azərbaycanda fəaliyyət göstərən səfirliklərə müraciət edib. Müraciət edənlərdən biri Qan Turalı APA-ya bildirib ki, onlar son illərdə Azərbaycan mediası ətrafında qəribə tendensiyanın yarandığını vurğulayıblar: “Adına “yazmayan jurnalistlər” dediyimiz şəxslər media QHT-ləri yaradaraq gerçək jurnalistikadan uzaqlaşıb, son nəticədə bizim - yazan və çalışan jurnalistlərin adından müxtəlif manipulyasiyalar aparıblar. Buna görə də, biz mətbuatla bağlı qrant layihələrinin mətbuatın demokratikləşdirilməsi, azad medianın bərqərar olunması yolunda heç bir səmərə vermədiyini görərək, mətbuatla bağlı layihələrə ayrılan qrantların dayandırılmasını tələb edirik”.
Müraciəti yazarlardan Xaliq Bahadır, Şahvələd Çobanoğlu, Zamin Hacı, Qan Turalı, Seymur Baycan, Natiq Güləhmədoğlu, Pərviz, Xalid Kazımlı, Rafiq Tağı, Elnur Astanbəyli, Aqşin Yenisey, Ələkbər Əliyev, Seymur Həziyev və Natiq Cavadlı imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR