Bank Of Baku

Azərbaycanda qəzet baş redaktoru həbs olunub

Azərbaycanda qəzet baş redaktoru həbs olunub
# 12 yanvar 2009 16:47 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. “Reket qəzet”lərin Mətbuat Şurasının 2008-ci il üçün hazırladığı siyahısına düşən “Kadr və Tərəqqi” qəzetinin baş redaktoru Zöhrab Sadıqov həbs olunub. Ağdam rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan Z. Sadıqov bir neçə cinayətdə təsirli bilinir. Polislər isə baş redaktoru zorlama faktına görə saxlayıblar. Məlumata görə, adı açıqlanmayan bir qadın Z. Sadıqovun ona cinsi təcavüz etməsi iddiası ilə bu gün polisə şikayət ərizəsi ilə müraciət edib. Baş redaktorun ayrı-ayrı vaxtlarda yol verdiyi qanunsuz əməllər də məhz bu şikayətin araşdırılması zamanı üzə çıxıb.

Baş redaktor barəsində fakt Ağdam Rayon Prokurorluğunda araşdırılır. Lakin prokurorluqdan onun həbsi barədə məlumat almaq mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR