Bank Of Baku

Azərbaycanın regional telekanallarının nümayəndələri MTRŞ-ya çağırılıb

Azərbaycanın regional telekanallarının nümayəndələri MTRŞ-ya çağırılıb
# 13 yanvar 2009 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) regional kanalların nümayəndələrini Şuraya dəvət edib. Sabah keçiriləcək görüşün məqsədi onların yol verdikləri qanun pozuntuları ilə bağlı müzakirələr aparmaqdır. Şuradan APA-ya verilən məlumata görə, regional kanallara MTRŞ-nın dekabrın 30-da Azərbaycan dilinin işlənməsi ilə bağlı verdiyi qərar xatırladılacaq, onlardan bu qərara əməl etmələri tələb olunacaq. Görüşdə iradlarla yanaşı, regional kanalların bir sıra problemlərinin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, MTRŞ-nın dekabrın 30-da verdiyi qərara əsasən, ölkə ərazisində yayımlanan bütün telekanallarda verilişlər və filmlər ancaq Azərbaycan dilində verilməlidir. Lakin regional kanalların bir qismi bu qərara tabe olmayaraq türk filmlərinin yayımını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR