Bank Of Baku

Mətbuat Şurası Ermənistana silah satışı məsələsinə Rusiya KİV-nin də diqqətini cəlb etmək üçün işlər aparmağa başlayıb

Mətbuat Şurası Ermənistana silah satışı məsələsinə Rusiya KİV-nin də diqqətini cəlb etmək üçün işlər aparmağa başlayıb
# 13 yanvar 2009 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyanın Ermənistana silah satmasına münasibət bildirib. Şuradan APA-ya daxil olan məlumatda qeyd edilib ki, bu məsələni şərh edən Ə. Amaşov deyib ki, işğalçı Ermənistanın bu və ya digər formada silahla təchiz edilməsi ilə bağlı yerli mətbuatda əks təbliğat işinin gücləndirilməsinə ehtiyac var. ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkənin işğalçı Ermənistanı silahla təchiz etməsinə təəssüflənən şura MŞ sədri qeyd edib ki, bu məsələyə Rusiya KİV-nin də diqqətini cəlb etmək vacibdir: “Bu istiqamətdə Mətbuat Şurası tərəfindən işlərə başlanılıb. Artıq Rusiyanın, eləcə də dünyanın aparıcı KİV-lərinin bir çoxuna gərəkli məlumatlar göndərilib”.
Ə.Amaşovun fikrincə, Azərbaycanın aparıcı media orqanlarının hər biri xaricdə təmasda olduqları KİV-lərə mövzuya dair mütəmadi məlumatlar ünvanlamalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR