Bank Of Baku

MTRŞ-nin telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayımının monitorinqinə həsr olunmuş iclasının vaxtı məlum olub

MTRŞ-nin telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayımının monitorinqinə həsr olunmuş iclasının vaxtı məlum olub
# 13 yanvar 2009 14:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası yanvarın 16-a təyin edilib. Bu barədə APA-ya MTRŞ-dan məlumat verilib. İclasın əsas mövzusu Azərbaycan dilində verilişlərin və filmlərin yayımı ilə bağlı telekanallarda aparılan monitorinqlərin nəticələridir. İclasda qərara riayət etməyən bəzi telekanallar barəsində cəza qərarının veriləcəyi gözlənilir.

Qeyd edək ki, MTRŞ-nın bununla bağlı iclası yanvarın 5-nə təyin edilsə də, sonradan təsirə salınıb. İclasın təxirə salınmasına səbəb MTRŞ-nın ekspertiza proqramlaşdırma və analitik şöbəsinin telekanallarda apardığı monitorinqlərin nəticəsinin tam hazır olmaması idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR