Bank Of Baku

Azər Mürsəliyev: ““Kommersant” qəzetinin işində yeniliklərin olub-olmayacağını zaman göstərəcək”

Azər Mürsəliyev: ““Kommersant” qəzetinin işində yeniliklərin olub-olmayacağını zaman göstərəcək”
# 14 yanvar 2009 13:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanlı jurnalist Azər Mürsəliyev Rusiyanın “Kommersant” qəzetinin baş redaktoru təyin edilib. A. Mürsəliyev APA-ya açıqlamasında “Kommersant” Nəşriyyat Evinin tək qəzet deyil, 4 adda jurnal da nəşr etdiyini, özünün qəzetə cavabdeh olacağını, ondan əvvəl baş redaktor işləmiş Andrey Vasilyevin isə şef redaktor kimi jurnalların inkişafına çalışacağını vurğulayıb. O, qəzetin işində yeniliklərin baş verib-verməyəcəyi ilə konkret fikir bildirməyib: “Onu zaman göstərəcək”. Onu da əlavə edək ki, A. Mürsəliyev Ümumrusiya Azərbaycan Konqresinin üzvü kimi Moskvada Azərbaycan diasporunun işində də fəal iştirak edir.

Qeyd edək ki, A. Mürsəliyev 1957-ci il iyulun 6-da Bakıda anadan olub, Kürdəmirdə boya-başa çatıb. 1980-ci ildə Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, ötən əsrin 80-ci illərində Bakıda «Vışka» qəzetində çalışıb, «Komsomolskaya pravda» qəzetinin xüsusi müxbiri olub. 80-ci illərin sonunda Moskvaya köçüb, «Komsomolskaya pravda», «Moskovskie novosti» qəzetlərində çalışıb. Son təyinatına qədər “Kommersant” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR