Bank Of Baku

“Nyu-York Tayms” qəzeti fəaliyyətini dayandıra bilər

“Nyu-York Tayms” qəzeti fəaliyyətini dayandıra bilər
# 15 yanvar 2009 08:24 (UTC +04:00)
Vaşinqton-APA. “Nyu-York Tayms” qəzeti iqtisadi böhran səbəbilə may ayında nəşrini dayandıra bilər. APA-nın məlumatına görə, 1851-ci ildən nəşr olunan qəzet bir çox maliyyə böhranlarından çıxmağı bacarsa da, hazırda gedən ümumdünya maliyyə böhranının “Nyu-York Tayms”a böyük zərbə vurduğu bildirilir. Qəzetin İdarə Heyətinin sədri Canet Robinson “Nyu-York Tayms”ın sahibi olan Ochs/Sulzberger ailəsinin qəzeti satmaq niyyətində olmadığını deyib. Qəzet 400 milyon dollar borcunu ödəmək üçün illik gəlirinin 75 faizini ödəmələrə ayırıb, eyni zamanda fəaliyyətini davam etdirmək üçün 225 milyon dollarlıq kredit götürüb. İqtisadi böhran nəticəsində “Nyu-York Tayms”ın reklam gəlirləri 20 faiz azalıb. Reklam gəlirlərini artırmaq məqsədilə qəzet rəhbərliyi ilk səhifədə şəkilli reklam yerləşdirmək qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR