Bank Of Baku

Azərbaycan Qadın Jurnalistlər Birliyi xanım jurnalistlər üçün ingilis dili kursları təşkil edib

Azərbaycan Qadın Jurnalistlər Birliyi xanım jurnalistlər üçün ingilis dili kursları təşkil edib
# 15 yanvar 2009 08:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova -APA. "Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyi qadın jurnalistlərin ixtisasartırma imkanlarına yardım məqsədilə 7 aylıq ingilis dili kursları təşkil edib. Birlikdən APA-ya verilən məlumata görə, dil kurslarını və “Conversation Clubu” (söhbət klubu) jurnalist, BBC-nin keçmiş prodüseri Ann Dyubina (İngiltərə) aparacaq. Jurnalist qadınlar üçün ilk dəfə təşkil olunan bu kursda ingilis dili ilə yanaşı müasir jurnalistikanın tələbləri barədə məlumat veriləcək. Birliyin sədri Sevinc Osmanqızının sözlərinə görə, bu kursu təşkil etməkdə məqsəd qadın jurnalistlərin çalışdıqları sahədə imkanlarını artırmaq, yeni sahələrdə özlərini sınamaq üçün imkanlar yaratmaqdı.
Kursa müraciətlər yanvarın 21-nə kimi qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR