Bank Of Baku

Demokratik Jurnalistlər Liqası söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası söz və  mətbuat azadlığı sahəsindəki vəziyyətlə  bağlı monitorinqin nəticələrini açıqlayıb
# 15 yanvar 2009 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Demokratik Jurnalistlər Liqası 2008-ci ilin dekabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb. Liqadan APA-ya verilən məlumata görə, ötən ay söz və mətbuat azadlığının pozulması ilə bağlı 15 fakt qeydə alınıb. Monitorinq aşkar edib ki, ötən ay bir KİV redaksiyası qarət olunub, 2 KİV əməkdaşı fiziki təzyiqə məruz qalıb. Eyni zamanda qeyd olunub ki, ötən ay 2 KİV əməkdaşı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) maddəsi ilə başlanmış cinayət işi üzrə ifadə verib. Monitorinqi n nəticələrində dekabr ayında Avropa İnsan Hüquqları Məhkəməsinin “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudov və qəzetin əməkdaşı Yaşar Ağazadənin iddiası əsasında qərar açıqlanması faktı da öz əksinin tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR