Bank Of Baku

“Azərbaycan televiziya verilişlərinin səviyyəsi və keyfiyyəti” mövzusunda debat keçirilib

“Azərbaycan televiziya verilişlərinin səviyyəsi və keyfiyyəti” mövzusunda debat keçirilib
# 15 yanvar 2009 13:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan televiziya verilişlərinin səviyyəsi və keyfiyyəti” mövzusunda bu gün Azərbaycan Media Mərkəzində debat təşkil olunub. APA-nın məlumatına görə, debatda millət vəkilləri, televiziya aparıcıları, mütəxəssislər iştirak edib. “Azad Azərbaycan” telekanalının bədii rəhbəri Elçin Əlibəyli bildirib ki, televiziyalarda olan problemləri, səhvləri aradan qaldırmaq üçün bu cür müzakirələr təşkil etmək əhəmiyyətlidir. Azərbaycanda müstəqil televiziyanın tarixinin qısa olduğunu deyən E. Əlibəyli bu baxımdan problemlərin meydana çıxmasını təbii hesab edib: “Bu gün hər bir telekanal mini-mənəvi dəyərlərin qorunması üçün addımlar atır. Amma ümumilikdə isə hər şey o qədər də pis deyil. Amma pis olanlar da var”.

Millət vəkili Gülər Əhmədova isə bildirib ki, qloballaşan dünyadan bütün dəyərləri yox, yalnız bizə uyğun olanları götürmək lazımdır. Onun sözlərinə görə, bəzi fikirlərin efirdən səslənməsi insanlarda psixi sağlamlıq problemi yaradır: “Televiziyalar təbliğat üçün güclü bir silahdır, bundan xeyirə də istifadə etmək olar, ziyana da. Ziyana istifadə olunanda bundan yalnız Azərbaycanda marağı olan xarici qüvvələr faydalanırlar”.
Millət vəkilinin sözlərinə görə, bəzi telekanallar bunun fərqinə varmadan, bilməyərəkdən belə hallara yol verirlər.
Debatda televiziya aparıcıları, mütəxəssislər mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR