Bank Of Baku

Bəsti İsmayılova: ““Reket” qəzetlər “Azərbaycan” Nəşriyyatından çıxarılır”

Bəsti İsmayılova: ““Reket” qəzetlər “Azərbaycan” Nəşriyyatından çıxarılır”
# 16 yanvar 2009 11:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycan” Nəşriyyatı Mətbuat Şurasının “reket” elan etdiyi qəzetlərlə müqavilə bağlamaqdan imtina edib. Bu barədə APA-ya açıqlamasında “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova bildirib. Direktor müavini deyib ki, 2009-cu il üçün “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən qəzetlərlə icarə müqavilələri bağlanarkən bu, sözügedən mətbuat orqanlarına şamil olunmayıb. O, adı “reket” qəzetlər siyahısında olan heç bir mətbuat orqanı ilə müqavilə bağlanmayacağını söyləyib: “Hazırda adı “reket” qəzetlərin siyahısında olan mətbuat orqanlarından təxminən 5-i “Azərbaycan” Nəşriyyatında yerləşir. Qeyd etdiyim kimi, onlarla yeni il üçün icarə müqavilələri bağlanmayacaq və həmin qəzetlər nəşriyyatdan çıxarılacaq”.

B. İsmayılova, həmçinin indiyə kimi “reket” qəzetlərin böyük bir hissənin “Azərbaycan” Nəşriyyatında fəaliyyətinə son qoyulduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 38 qəzetin “reket” fəaliyyəti ilə məşğul olduğu barədə məlumat açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR