Bank Of Baku

Milli Televiziya və Radio Şurası “AzTV”, “Lider”, “Spase” telekanallarına xəbərdarlıq edib

Milli Televiziya və Radio Şurası “AzTV”, “Lider”, “Spase” telekanallarına xəbərdarlıq edib
# 16 yanvar 2009 15:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə, “Lider Media Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Space” Müstəqil Televiziya və Radio Şirkətinə xəbərdarlıq edib. APA-nın məlumatına görə, bu barədə MTRŞ-nın iclasında qərar qəbul olunub. İclasda şuranın 11 yanvar 2008-ci il və 30 dekabr 2008-ci il tarixli “Dövlət dilindən istifadənin təmin edilməsi” ilə bağlı qərarlarının icra vəziyyəti müzakirə edilib. Şura sədrinin köməkçisi Toğrul Məmmədov bildirib ki, dövlət dilindən istifadənin təmin edilməsi haqqında ötən ilin sonunda qəbul olunan qərar yanvarın 4-nə qədər daha çox pozulub. Belə ki, “AzTV”də rusca xəbərlər titrsiz efirə verilib, “Lider” və “Space” kanallarında isə Türkiyə seriallarının yayımı davam edib. “Lider” yanvarın 4-dən sonra bir dəfə Rus Dram Teatrının “Şarlotta” tamaşasını rus dilində efirə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR