Bank Of Baku

Milli Televiziya və Radio Şurası xarici kliplərlə bağlı xüsusi iclas keçirəcək

Milli Televiziya və Radio Şurası xarici kliplərlə bağlı xüsusi iclas keçirəcək
# 16 yanvar 2009 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) əcnəbi dillərdə yayımlanan kliplərlə bağlı xüsusi iclas keçirəcək. APA-nın məlumatına görə, bu barədə şuranın “Dövlət dilindən istifadənin təmin edilməsi” ilə bağlı qərarlarının icra vəziyyətinə həsr olunmuş iclasından sonra sədrin köməkçisi Toğrul Məmmədov deyib. O bildirib ki, kliplərin məsələsi “Dövlət dilindən istifadənin təmin edilməsi” ilə bağlı qərarın xüsusi istisna hallar üzrə iclasında müzakirə olunacaq, lakin hələlik iclasın vaxtı bəlli deyil: “Müəyyən sənədli filmlər var ki, onların tərcüməsi qeyri-mümkündür. Bu hallar da iclasda müzakirə olunacaq”.

T. Məmmədov telekanalların monitorinqini davam etdirdiklərini də söyləyib. Qanun pozuntuları qeydə alınsa, şura bununla bağlı da xüsusi iclas keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR