Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”
# 20 yanvar 2009 10:06 (UTC +04:00)
Biz Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaları bağlamamışıq. Sadəcə, 2007-ci ildə onlara verdiyimiz FM tezliyini geri almışıq. Onlara FM tezliyi verilənə qədər yayımı necə həyata keçirdirdilərsə, bundan sonra da həmin şəkildə davam etdirə bilərlər”. APA-nın məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, bundan sonra FM tezliyini xarici radiostansiyalara vermək niyyətləri yoxdur. Onun sözlərinə görə, xarici radiostansiyalara ancaq istəyəcəkləri halda, qısa dalğalar verilə bilər. FM resurslarının milli qurumlar üçün nəzərdə tutulduğunu deyən N. Məhərrəmli həmin tezliklərin yeni açılacaq radiolara verilə biləcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR