Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Şou-biznes müğənnilərinin efiri tamamilə zəbt etmələrinin qarşısı alınmalıdır”

Nuşirəvan Məhərrəmli: “Şou-biznes müğənnilərinin efiri tamamilə zəbt etmələrinin qarşısı alınmalıdır”
# 20 yanvar 2009 10:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Vaxtı ilə televiziyaların öz verilişlərini Azərbaycan dilində yayımlamasında yaranan problemi aradan qaldırmaq üçün dublyaj redaksiyasının yaradılmasını təklif etdik. Lakin onlar bu təklifi qəbul etmədilər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Şura sədri deyib ki, telekanallar bu təklifdən imtina edərək özlərinin dublyaj redaksiyalarının olduğunu bildiriblər. N. Məhərrəmli telekanallarda dublyaj işini aşağı səviyyədə aparmasına biganə qalmayacaqlarını və məsələ ilə bağlı tədbirlər görüləcəyini deyib.
Yaxın keçmişə qədər cəmi bir həftə ərzində Azərbaycan telekanallarının 36 əcnəbi teleserial göstərdiyini deyən N. Məhərrəmli onların əksəriyyətinin Türkiyə istehsalı olduğunu bildirib: “Azərbaycanın bütün efiri türk serialları ilə dolmuşdu. Çox təəssüf ki, televiziyalar qazanc əldə etmək üçün bir-birinin yarışına girdilər və biz tədbir görməyə məcbur olduq”.
N. Məhərrəmli, həmçinin millət vəkilləri tərəfindən telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı irəli sürülən təklifləri dəyərləndirdiklərini bildirib. Onun sözlərinə görə, bəzi telekanallarda şou-biznes müğənniləri efiri tamamilə zəbt edib: “Biz hesab edirik ki, bunların qarşısı alınmalıdır. Qazanc əldə etmək milli-mənəvi dəyərlərdən sonra gəlməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR