Bank Of Baku

Vüqar Rəhimzadə: “Reket” qəzetlərin siyahısına yeni adlar əlavə olunacaq”

Vüqar Rəhimzadə: “Reket” qəzetlərin siyahısına yeni adlar əlavə olunacaq”
# 21 yanvar 2009 16:23 (UTC +04:00)
Bakı – APA. “Mətbuat Şurası yarandığı 2003-cü ildən “reket” jurnalistikasına qarşı ciddi mübarizə aparır. Azərbaycan mətbuatına xələl gətirən bəzi KİV medianın inkişafına deyil, şəxsi maraqlarına xidmət edir”. Bu sözləri APA-ya açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasında fəaliyyət göstərən “Reket” Jurnalistikasına Qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə deyib. Bu mübarizənin daha da ciddi şəkil alması üçün jurnalistlərin V qurultayından sonra Şuranın “Reket” Jurnalistikasına Qarşı Mübarizə Komissiyasının yaradıldığını xatırladan V. Rəhimzadə İdarə Heyətinin sonuncu iclasında qeydiyyatdan keçmiş 36 KİV-in adının “reket” jurnalistika ilə məşğul olan mətbuat orqanı kimi göstərildiyini, Komissiyanın bu sahədə bu gün də işini davam etdirdiyini vurğulayıb. O, bəzi mətbuat orqanlarının siyahı ilə razılaşmadığını, Mətbuat Şurasının növbəti iclasında bu müraciətlərə baxılacağını deyib.

V. Rəhimzadə “reket” jurnalistika ilə məşğul olan mətbuat orqanlarının sayının açıqlanan rəqəmlə məhdudlaşmayacağını düşünür: “Peşə normalarına zidd hərəkətlərə yol verən mətbuat orqanları siyahıya əlavə olunacaq. Elə mətbuat orqanları var ki, cəmi bir sayı işıq üzü gördüyü halda, şuraya onlarla bağlı 4-5 şikayət məktubu daxil olub. Həmin qəzetlərin redaktorlarını ilkin olaraq apardığımız söhbətlər vasitəsilə fəaliyyətlərini jurnalistikanın peşə etikası normalarına uyğun qurmalarına çağırırıq. İstəyimiz prosesin qabarmadan həllini tapmasıdır".

Sonda V. Rəhimzadə görülən tədbirlərin müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR