Bank Of Baku

“Avropa+Bakı” radiosunun lisenziyasının ləğv olunmasına dair məhkəmə başlayıb

“Avropa+Bakı” radiosunun lisenziyasının ləğv olunmasına dair məhkəmə başlayıb
# 22 yanvar 2009 10:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində “Avropa+Bakı” radiosunun lisenziyasının ləğv olunması iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, Milli Televiziya və Radio Şurası (MTRŞ) radioya 2006-cı ildə verdiyi 6 illik lisenziya müddətinin vaxtından əvvəl xitam verilməsini istəyir. Hakim Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf vəsatət qaldıraraq, işə aidiyyəti yerli məhkəmə instansiyalarında baxılmasını xahiş edib. Məhkəmə cavabdeh tərəfin vəsatətini təmin etməyib.

Qeyd edək ki, “Avropa+Bakı” radiosunun yayımı MTRŞ-nin 2008-ci il dekabrın 30-da çıxardığı qərarla dayandırılıb. Qurum radionun yayımın ancaq Azərbaycan dilində aparılması haqda tələbləri pozmaqda günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR