Bank Of Baku

Mətbuat Şurası “reket” qəzetlərlə bağlı toplantı keçirəcək

Mətbuat Şurası “reket” qəzetlərlə bağlı toplantı keçirəcək
# 23 yanvar 2009 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyəti 2009-cu ildə ilk iclasını keçirib. APA-nın məlumatına görə, MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, Şuranın ötən il gördüyü işlərə dair hesabatı, 36 «reket» qəzetin adının açıqlanması ictimaiyyət tərəfindən razılıqla qarşılanıb: “Şuranın «reket» jurnalistlərlə bağlı nəşriyyatlara, yayım firmalarına, dövlət və ictimai qurumlara ünvanlanan tövsiyə xarakterli müraciətlərinə eyni mövqedən yanaşılması başlanılmış işin sonadək davamında əhəmiyyətli mərhələdir”.
İclasda MŞ-nın yaxın günlərdə «Azərbaycan» Nəşriyyatında bu problemlə əlaqədar geniş toplantı keçirməsi, «reket» jurnalistikaya qarşı mübarizə komissiyasının, paytaxtda və regionlarda müvafiq icra orqanları ilə birgə yeni monitorinqlərə başlaması qərara alınıb. Qeyd olunub ki, qəzet və jurnalların dövriliyi, fəaliyyətlərinin müxtəlif aspektləri barədə əldə edilən nəticələr isə Şuranın növbəti iclasında müzakirəyə çıxarılacaq. İclasda adları «reket» qəzetlər sırasında çəkilən bir neçə nəşrin Şuraya müraciətinə də baxılıb. Onlarla bağlı MŞ Katibliyinin, Şikayətlər üzrə və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyalarının müvafiq təqdimatlarına və toplanmış sənədlərə yenidən nəzər salınıb, faktların doğruluğu bir daha təsdiqlənib. İclasda gələcəkdə təsadüf oluna biləcək bu kimi halların araşdırılması üçün bütün narazı nəşrlərin rəhbərlərinə son bir ildə çıxan saylarını və qəzetin ölkə qanunvericiliyinə riayət etməsini təsdiqləyən sənədləri MŞ-yə göndərmək tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR