Bank Of Baku

Dünyanın 21 ölkəsindən 380-dən artıq jurnalist Rusiya və Gürcüstan prezidentlərinə müraciət edib

Dünyanın 21 ölkəsindən 380-dən artıq jurnalist Rusiya və Gürcüstan prezidentlərinə müraciət edib
# 23 yanvar 2009 14:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünyanın 21 ölkəsindən 380-dən artıq media mənsubu “Jurnalistlər zorakılıq olmayan siyasət uğrunda” adlı aksiyaya qoşularaq Rusiya və Gürcüstan prezidentlərinə müraciət edib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Rusiya və Gürcüstan prezidentlərini danışıqlar masası arxasına əyləşməyə və diplomatik münasibətləri bərpa etməyə çağırıblar. Azərbaycandan aksiyaya qoşulan “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, onlara bu təklif Gürcüstanın İctimai Münasibətlər İnstitutundan daxil olub: “Aksiyanın keçirilməsində məqsəd diqqəti problemin mahiyyətinə cəlb etmək, jurnalistlərin Rusiya ilə Gürcüstan arasında münasibətlərin yumşalmasına, müharibə təhlükəsinin aradan qaldırılmasına təsirini artırmaqdır”. A. Əliyevin sözlərinə görə, Azərbaycanda bu problemlə əlaqədar aksiyalar keçirmək nəzərdə tutulmur: “Əsas məqsəd Azərbaycan cəmiyyətinə təsir etmək deyil, Rusiya və Gürcüstan hökumətlərinə iradəmizi çatdırmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR