Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Telekanallarda efirə verilən xarici kliplərin bəzilərində ədəbsiz ifadələr, hətta söyüşlər yer alıb”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda efirə verilən xarici kliplərin bəzilərində ədəbsiz ifadələr, hətta söyüşlər yer alıb”
# 26 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda telekanallarda efirə verilən xarici kliplərin bəzilərində ədəbsiz ifadələr, hətta söyüşlər yer alıb”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, sözügedən klipləri ingilis dilindən tərcümə edəndə acınacaqlı vəziyyət alınır: “Başdan ayağa cürbəcür söyüşlərdən, pis sözlərdən ibarət olan bu cür musiqilər necə yayımlanır? Ona görə də telekanal rəhbərləri bu məsələyə fikir verməlidirlər. Heç olmasa bilsinlər ki, efirə verdikləri xarici kliplərin mənası nədir. Bəlkə bu musiqilərdə adamları söyürlər?”
Şura sədri bildirib ki, efirdə olan xarici kliplərin dublyaj edilməsinə ehtiyac yoxdur: “Sadəcə kanallar özləri bu məsələyə fikir verməlidirlər”.
N. Məhərrəmli qeyd edib ki, şuranın son iclasından sonra Azərbaycan dilinin işlənməsi ilə bağlı kanallarda qanun pozuntusu qeydə alınmasa da, monitorinqlər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR