Bank Of Baku

Lənkəranda yerli KİV əməkdaşları üçün dəyirmi masa keçirilib

Lənkəranda yerli KİV əməkdaşları üçün dəyirmi masa keçirilib
# 26 yanvar 2009 11:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Media və Mülki Cəmiyyət İctimai Birliyi (MMCİB) Cənub Media Mərkəzi (CMM) ilə birlikdə Lənkəranda yerli kütləvi-informasiya vasitələrinin əməkdaşları üçün “Müasir jurnalistika: peşəkarlıq və obyektivlik” mövzusunda dəyirmi masa keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə MMCİB-nin sədri Xanoğlan Əhmədov, həmin qurumun sədr müavini Rəsul Mirhəşimli, CMM – nin əməkdaşı Xəqani Səfəroğlu və başqaları çıxış edərək rayon qəzetlərinin maddi-texniki bazasının zəifliyi, yerli jurnalistlərin peşəkarlığının artırılması üçün kursların təşkil olunması və s. məsələlər barədə danışıblar.
Tədbirdə bu cür müzakirələrin region mətbuatı üçün faydalı olacağı və belə görüşlərin vaxtaşırı keçirilməsinin zəruriliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR