Bank Of Baku

Azərbaycan Mətbuat Şurası məhkəməyə verilib

Azərbaycan Mətbuat Şurası məhkəməyə verilib
# 29 yanvar 2009 12:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Gəncliyi” qəzeti Binəqədi rayon Məhkəməsində Mətbuat Şurasına qarşı iddia qaldırıb. Redaksiyadan APA-ya bildirilib ki, iddiada şuranın “Azərbaycan Gəncliyi” qəzetinin “reket” elan olunması ilə bağlı ötən il dekabrın 26-də qəbul etdiyi qərarın ləğvi və bu qərardan sonra fəaliyyətini dayandırmış qəzetə 5 min manat kompensasiya ödəməyə məhkum olunması tələb edilir. Qəzet rəhbərliyi Mətbuat Şurasının hər hansı qəzeti “reket” elan etmək səlahiyyətinin olmadığını, şuraya daxil olmuş şikayətlərin araşdırılmadığını deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Azərbaycan Gəncliyi” ilə bağlı quruma çoxlu sayda şikayətlər daxil olduğunu və bunun əsasında həmin qəzeti “reket” elan etdiklərini söyləyib: “Qəzet həm də “KİV haqqında” qanunu pozub. Biz əlimizdə olan bütün sənədləri məhkəməyə təqdim edəcəyik”.

Ə. Amaşov onu da əlavə edib ki, MŞ 2009-cu ili “reket” qəzetlərə qarşı mübarizə ili elin edib. Yaxın vaxtlarda daha bir neçə bu tipli qəzetin adı açıqlanacaq və onların fəaliyyəti məhdudlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR