Bank Of Baku

“Jurnalistlər üçün informasiya texnologiyaları” kitabı çap olunub

“Jurnalistlər üçün informasiya texnologiyaları” kitabı çap olunub
# 30 yanvar 2009 15:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi “Jurnalistlər üçün informasiya texnologiyaları” kitabını nəşr etdirib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib. İnternet-jurnalistikanın inkişafına kömək məqsədilə yazılmış kitabda müasir dövrdə informasiya münasibətlərinin qurulmasında, informasiya istehsalı prosesində informasiya texnologiyalarından səmərəli və effektiv istifadə üsullarına geniş yer verilib. Kitabda texnoloji alətlər, İnternet və elektron poçt proqramları, messencerlər, bloqların yaradılması və sosial şəbəkələrdən istifadə qaydaları, mobil İnternet texnologiyalarından səmərəli istifadə üsulları haqqında bilgilər verilib. Kitab jurnalistlər, öz fəaliyyətləri haqqında effektiv yollarla məlumat yaymaq və əlaqələr qurmaq istəyənlər, informasiya sahəsində çalışanlar üçün nəzərdə tutulub. Kitabın müəllifi Osman Gündüz, elmi redaktoru AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR