Bank Of Baku

Polis rəisinin müavininin “Yeni Müsavat” qəzetinə qarşı iddiası təmin olunmayıb

Polis rəisinin müavininin “Yeni Müsavat” qəzetinə qarşı iddiası təmin olunmayıb
# 30 yanvar 2009 15:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Binəqədi rayon Məhkəməsində Dəvəçi rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun xüsusi ittiham qaydasında “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Natiq Abbasovun sədrliyi keçirilən prosesdə iddia təmin edilməyib və məhkəmə qəzetin xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, Dəvəçi rayon Polis Şöbəsinin rəis müavini M. Hüseynov məhkəməyə müraciət edərək “Yeni Müsavat” qəzetində rayonun Dağbilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarının müəmmalı şəkildə itkin düşməsi ilə bağlı yazılarda ona böhtan atıldığını bildirib. Polis əməkdaşı yazı müəlliflərinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında cəzalandırılmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR