Bank Of Baku

ATƏT-in Bakı ofisi Azərbaycan jurnalistləri üçün treninqlərə başlayır

ATƏT-in Bakı ofisi Azərbaycan jurnalistləri üçün treninqlərə başlayır
# 03 fevral 2009 08:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in Bakı ofisi Azərbaycanın media mənsubları ilə əməkdaşlığın keyfiyyətini artırmaq üçün məlumat xarakterli treninqlərə başlayır. Bu barədə APA-ya ofisin mətbuat və informasiya şöbəsinin rəhbəri Rəşad Hüseynov bildirib. Treninqlər zamanı jurnalistlərə ATƏT-in Bakı ofisinin mandatı və fəaliyyət dairəsi haqqında ətraflı məlumat veriləcək.

Bundan başqa, ATƏT-in müxtəlif institutlarının fəaliyyəti və həmin qurumlarda Azərbaycan jurnalistlərinin müxtəlif məsələlərə dair əlaqə saxlaya biləcəyi şəxslər, onların əlaqə telefonları haqqında məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR