Bank Of Baku

Müəllif Hüquqları Agentliyi telekanallarda yol verilən piratçılıqla bağlı ciddi araşdırmalar aparacaq

Müəllif Hüquqları Agentliyi telekanallarda yol verilən piratçılıqla bağlı ciddi araşdırmalar aparacaq
# 03 fevral 2009 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda teleradio məkanında müəllif əsərlərindən istifadə ilə bağlı vəziyyət çox mürəkkəbdir. Telekanallarda hesab edirlər ki, hər hansı bir verilişdə hər hansı müəllifin əsəri nümayiş olunursa, o müəlliflə münasibət bununla da bitir. Əslində belə deyil”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Müəllif Hüquqları Agentliyinin (MHA) direktoru Kamran İmanov deyib. Onun sözlərinə görə, qanunla əqli mülkiyyət obyektləri yayım təşkilatları tərəfindən lisenziya sazişləri əsasında alınmalı və nümayiş etdirilməlidir. Əqli mülkiyyət obyektlərinin bir qismi isə onların təmsil edən ictimai birliklərlə müqavilə əsasında yayımlanmalıdır. Müqaviləyə əsasən, verilişlərdə istifadə olunan əsərlərin dəyəri qonaraq şəklində qaytarılmalıdır. K. İmanov bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da yayım təşkilatları bu qonorarı ödəməkdən imtina edirlər: “Çalışacağıq ki, bu sahədə olan nöqsanları araşdıraq. Digər tərəfdən daha sivil forma tapıb müəlliflərlə teleradio məkanını barışdırmaq istəyirik. Bunun üçün ilk əvvəl hüquqi maarifləndirmə aparılmalıdır. Bir tərəfdən yayım təşkilatları öz hüquqlarını bilməlidirlər, bununla yanaşı, başqasının hüququndan istifadə edirlərsə, onlara müəyyən ödəniş ödəməlidirlər”. Agentlik direktoru bildirib ki, MHA telekanallarda yol verilən piratçılıqla bağlı da ciddi araşdırmalar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR