Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç APA-da olub - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç APA-da olub - <font color=red>FOTO </font>
# 04 fevral 2009 14:46 (UTC +04:00)
Bakı - APA. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bu gün Azəri-Press Agentliyində (APA) olub. APA-nın məlumatına görə, səfir agentliyin ofisi ilə yaxından tanış olub, iş şəraiti ilə maraqlanıb. Diplomat daha sonra agentliyin rəhbərliyi ilə görüşüb. Görüşdə APA-nın fəaliyyəti, Türkiyə və dünya mətbuatı ilə əlaqələri, Azərbaycan-Türkiyə münasibətləri, ölkədə, regionda, eləcə də dünyada gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir mətbuatla əlaqələrə böyük diqqət yetirdiyini, dünyada baş verən hadisələrin, xəbər və informasiyaların çatdırılmasında medianın, xüsusən də agentliyin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. H. Kılıç Azərbaycan və Türkiyə mətbuatı arasında münasibətlərin daha da dərinləşməsinin vacibliyini önə çəkərək, səfirliyin bu əlaqələrin genişlənməsi işinə hər cür yardım göstərməyə hazır olduğunu qeyd edib.

APA-nın baş direktoru Vüsalə Mahirqızı da agentliyin qardaş Türkiyə, eləcə də Türkiyə səfirliyi ilə münasibətlərə böyük önəm verdiyini bildirib. V. Mahirqızı Türkiyə mətbuatı ilə əlaqələrin daha da dərinləşməsinin vacibliyini qeyd edərək, bu işdə səfirliyin yardımçı rolu oynayacağına ümidvar olduğunu söyləyib.

Görüşdə Türkiyə səfirliyinin mətbuat müşaviri Bülənt Uğur, APA-nın baş direktorunun 1-ci müavini Nurşən Quliyev və “Lent.az” portalının rəhbəri Qabil Abbasoğlu iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR