Bank Of Baku

Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqlayacaq

Mətbuat Şurası  “reket” qəzetlərin növbəti siyahısını açıqlayacaq
# 06 fevral 2009 09:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası bu ayın sonuna kimi “reket” qəzetlərin növbəti siyahısını açıqlayacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının “reket” qəzetlərlə mübarizə üzrə Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib. Komissiya sədri deyib ki, bu dəfə 20-dək “reket qəzet”in adı cəmiyyətə açıqlanacaq. Hazırda həmin mətbuat orqanları haqqında şuraya daxil olan şikayətlərin araşdırıldığını deyən V. Rəhimzadə bu məsələ ilə bağlı müraciətlərin sayının 20-dən çox olduğunu bildirib. Onun sözlərinə görə, aparılan araşdırmalar yaxın günlərdə başa çatdırılacaq və “reket” fəaliyyəti ilə məşğul olan qəzetlər ifşa ediləcək.

Komissiyanın sədri, həmçinin yaxın günlərdə Mətbuat Şurasının “Azərbaycan” Nəşriyyatında monitorinqə başlayacağını deyib: “Biz nəşriyyatda fəaliyyət göstərən qəzetlərdən hansının çıxıb-çıxmadığını müəyyənləşdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR