Bank Of Baku

“Altıağacda davamlı turizmin inkişafı” layihəsinin təqdimatı keçirilib

“Altıağacda davamlı turizmin inkişafı”  layihəsinin təqdimatı keçirilib
# 06 fevral 2009 13:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Turizm İnstitutunda “Altıağacda davamlı turizmin inkişafı” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycanın “Ekosfera” təşkilatı və Altıağac Milli Parkı ilə birlikdə həyata keçirilən layihənin məqsədi bu bölgənin turizm potensialını aşkara çıxarmaqdan ibarətdir. Tədbirdə çıxış edən layihənin rəhbəri Eldar Aslanov bildirib ki, paytaxta yaxın dağlıq bölgə olması və dənizə yaxınlığı Altıağac Milli Parkını turizm baxımından əlverişli edir: “Hazırda Altıağac Milli Parkı əlavə altı kəndi də əhatə edir. Buranın 3300-ə yaxın əhalisi var. Lakin bu bölgədə yüksək keyfiyyətli turizm obyektləri yoxdur”. E. Aslanov deyib ki, Milli Parkda peşəkar bələdçilərə, yerli məhsullara əsaslanan kiçik restoranlara və təbiət mənzərələrini müşahidə məntəqələrinə ehtiyac var: “Bölgə əhalisinin əsas məşğuliyyəti maldarlıqdır. Lakin maldarlıq bu bölgədə ekoturizmin inkişafına mane olur. Ona görə də biz gələcəkdə bu bölgədə təbiətə ziyan vurmayan arıçılığın inkişafını təklif edirik. Təəssüf ki, Altıağac əhalisinin 70 faizinin “Milli Park” anlayışından xəbəri yoxdur. Əhalinin yarısının isə turizmdən gəlir əldə etmək barədə təsəvvürləri məhduddur. Hazırda bu bölgədə gecələmək üçün cəmi 300-ə qədər ev var. Amma əhalinin böyük hissəsi öz evlərini turistlərin ixtiyarına vermək arzusundadır. Gecələmə haqqı 10-50 manat arasında dəyişir. Ən böyük problem isə daimi su və ayrıca duşun olmamasıdır”.

E. Aslanovun sözlərinə görə, Altıağacda aşağı ulduzlu otellər tikmək, ətrafdakı 8 kəndin yollarını abadlaşdırmaq, Şamaxı-Quba yolunu bərpa etmək, burada yaşayan əhaliyə kiçik kreditlər vermək, onları müəyyən turizm sahələri üzrə ixtisaslaşdırmaq lazımdır. Layihə müəllifləri öz təkliflərini arayış şəklində əlaqədar nazirliklərə və turizm şirkətlərinə göndərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR