Nuşirəvan Məhərrəmli: “ABŞ-ın təkliflərini baxılmaq üçün daha yuxarı instansiyaya göndərmişik” - MÜSAHİBƏ
- ABŞ Yayım Şurası xarici radiostansiyaların Azərbaycanda yayımının əvvəlki varianta qaytarılmasını təklif edir. Amma biz Milli Televiziya və Radio Şurası olaraq, öz mövqeyimizi ortaya qoymuşuq. Azərbaycan qanunvericiliyi buna imkan vermir. ABŞ Yayım Şurası bu məsələni dövlətlərarası müqavilə əsasında həll etmək istəyir. Onlar bizə təkliflər paketi təqdim etdilər. Həmin təkliflər paketində xarici radiostansiyaların əvvəlki formatda yayımını istəyir, bunun əvəzində isə Azərbaycan radiolarının Amerikada yayımı ilə bağlı məsələ qaldırıblar. Amma bu, məsələnin bərabər əsaslarla həlli deyil. Çünki Azərbaycan tərəfindən öhdəliyi Azərbaycan hökuməti götürür, Amerikada isə bu işi özəl şirkətlər həyata keçirir. Onlar özəl şirkətlərə həmin yayımı təşkil etməyi tövsiyə edəcəklər. Təbii ki, biz də bu məsələni araşdırırıq. Dövlətlərarası müqavilə olduğu üçün layihəni daha yuxarı instansiyaya göndərmişik. Onlar da baxsınlar, qiymətləndirsinlər, sonra qərar verəcəyik.
- ABŞ səfiri Ann Dersi də açıqlamasında qeyd edib ki, Yayım Şurası beynəlxalq və ikitərəfli sazişin ilkin versiyasını Azərbaycan hökumətinə təqdim edib. Sizcə, bu versiya dəstəklənə bilərmi?
- Bu artıq MTRŞ-yə aid olan məsələ deyil. MTRŞ öz səlahiyyətləri çərçivəsində qanunvericiliyə əsaslanaraq, Azərbaycan ərazisində xarici radiostansiyaların, xarici televiziya kanallarının yayımını düzgün saymır. Çünki hər hansı dövlətə imtiyazlı şərait yaradıb, digər dövlətlərə yaratmamaq olmaz. Bütün ölkələr üçün bərabər şərait yaratmaq lazımdır. Hüquqda qeyri-müəyyənlik olmamalıdır. Bu bizim mövqeyimizdir. Digər tərəfdən, əgər dövlət özü bu məsələyə qərar verib, öhdəlik götürərsə, təbii ki, biz bu məsələyə baxa bilərik.
- Ümumiyyətlə, Azərbaycan yayımçılarının Amerikada Azərbaycan və ingilis dillərində yayım həyata keçirməsi dövlətimiz üçün nə dərəcədə əhəmiyyətli ola bilər?
- Bu məsələni dövlətlər özləri həll etməlidirlər. Dövlətlərarası müqavilə imzalanarsa və dövlətlər öhdəliklər götürərsə, təbii biz bu məsələyə baxa bilərik.
- Son vaxtlar parlament üzvləri MTRŞ-nin ünvanına bəzi iradlar bildiriblər. Bu iradlara münasibətiniz necədir?
- Millət vəkilləri qanunvericilik orqanını təmsil edirlər. Yaxşı olardı ki, haranı təmsil etdiklərini bir daha xatırlasınlar. Qanunların əsas, ali olduğunu hamımız qəbul etməliyik. Qanunlarımızda nə yazılıbsa, biz onu həyata keçirməliyik. Təəssüf edirəm ki, millət vəkilləri qanunların icrasına qarşı çıxırlar. Bu doğru deyil.
- Xarici radiostansiyalarla bağlı olduğu kimi, filmlərin türk dilində yayımı da yenidən gündəmə gələ bilərmi? Millət vəkilləri bildiriblər ki, bir millətin iki dili ola bilməz, bu, Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə təsir edəcək...
- Bunlar əsassız fikirlərdir. Biz hüquqi dövlətdə yaşayırıq. Öz fəaliyyətimizi də qanunlar əsasında qururuq. Millət vəkilləri bunu yaxşı anlamalıdırlar. Onlar sübut etsələr ki, türk dili ilə Azərbaycan dili eynidir və bunun üçün hər hansı bir hüquqi sənəd var, buyursunlar, ortalığa qoysunlar. Biz Azərbaycan Konstitusiyasına uyğun hərəkət edirik. Konstitusiyaya görə, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” qanunda da açıq yazılıb ki, Azərbaycanda efirdə gedən bütün verilişlər Azərbaycanın dil normalarına uyğun həyata keçirilməlidir. Biz özfəaliyyətlə məşğul olmuruq. Çox təəssüf ki, bəzi millət vəkilləri və bəzi insanlar sadəcə, bunu özfəaliyyət kimi başa düşürlər.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər