Bank Of Baku

Sozar Subari: “Gürcüstanda söz azadlığı sahəsində problemlər var”

Sozar Subari: “Gürcüstanda söz azadlığı sahəsində problemlər var”
# 11 fevral 2009 15:58 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə Gürcüstan Xalq Müdafiəçisi İnstitutunun 10 illiyinə həsr edilmiş iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, “Söz azadlığı“ mövzusunda iki günlük beynəlxalq konfransı giriş sözü ilə Gürcüstan Ombudsmanı Sozar Subari açıb və məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycan Ombudsmanı Elmira Süleymanova da iştirak edib. Müzakirələrdə Yunanıstan Ombudsmanı Yorqos Kaminis, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq, İsveçrə Ombudsmanı Kjell Svanstrom, Bosniyanın keçmiş Ombudsmanı Frank Orston və başqaları çıxış edərək söz azadlığının demokratiyanın bir modeli olduğunu bildirib, Ombudsman təsisatlarının müstəqilliyinin daha da genişləndirilməsi proseduralarından, büdcə resurslarından danışıblar. T. Hammarberq deyib ki, onlar Xalq Müdafiəçisinin müstəqilliyinin iqtisadi cəhətdən güclü görünməsini istəyirlər: “Mən ölkələri gəzdikcə hüquq və məhkəmə orqanlarının işində çoxlu nöqsanlar gördüm. Kütləvi informasiya vasitələrinin, uşaq və qadınların, azlıqda yaşayanların, emiqrantların müdafiəsinin təşkili göz qabağındadır. Söz azadlığı bizə çox vacibdir. Söz cəmiyyətdə qırılarsa, orada inkişafdan söhbət gedə bilməz. İnanıram ki, bizim haqq işimiz davam edəcək”.
Gürcüstan Xalq Müdafiəçisi Sozar Subari APA-ya açıqlamasında bildirib ki, qurumun 10 illiyini hələ 2007-ci ildə keçirməyi planlaşdırsalar da, bəzi hadisələr buna mane olub: “Əslində biz 12 ildir ki, fəaliyyət göstəririk. Bu illərdə gördüyümüz işlərlə fəxr edə bilərik. Çox sahələrdə insan hüquqlarının müdafiəsində dönüş yaratmışıq. Bu konfransın mövzusunun “Söz azadlığı ” adlandırılması təsadüfi deyil. Gürcüstanda bu sferada problemlər var. Bu insan hüquqlarının müdafiəsinin əsasıdır. Harada söz azadlığı yoxdursa, orada demokratiyadan və digər hüquqlardan söhbət gedə bilməz. Ona görə də biz söz azadlığından başlamışıq ki, insanlar öz sözlərini deyə bilsinlər. Bundan sonra biz demokratiyadan söhbət aça bilərik”.
S. Subari onu da deyib ki, o, Rusiya Ombudsmanı Vladimir Lukindən üzr istəyəcək. O, V. Lukinin başçılıq etdiyi nümayəndə heyətinin konfransda iştirak edə bilmədiyini deyib: “Bizim konsulun Rusiya nümayəndə heyətinə vizanı vaxtında verməməsi buna səbəb olub. Mənim cənab Lukinlə insan hüquqlarının müdafiəsi məsələlərində əlaqəm çox olub. Dəfələrlə bir-birimizə zəng edirdik. Müharibə zamanı da mən ona zəng etmişəm. Mən ondan üzr istəyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR