Bank Of Baku

Mətbuat Şurası İdarə Heyətinin “Azərbaycan” nəşriyyatında “reket” qəzetlərlə bağlı iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin “Azərbaycan” nəşriyyatında “reket” qəzetlərlə bağlı iclası keçirilib
# 11 fevral 2009 16:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyəti «Azərbaycan» nəşriyyatında iclas keçirib. APA-nın məlumatına görə, toplantıda Şuranın İdarə Heyətinin “reket” qəzetlərlə bağlı qəbul etdiyi qərar müzakirə olunub. MŞ sədri Əflatun Amaşov bildirib ki, “Azərbaycan” nəşriyyatının mətbuatın nüfuzunun yüksəlməsində xidmətləri göz qabağındadır: “Qurum Mətbuat Şurasının “reket” qəzetlərlə bağlı qərarına ilk reaksiya verənlərdən olub. Bu isə mediamızın saflaşması istiqamətində başlanılmış işin davamı baxımından olduqca əhəmiyyətlidir”.
“Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov isə çıxışında MŞ-nin «reket» qəzetlərlə bağlı açıqlamalarını problemlə mübarizədə ən təsirli metod adlandırıb. O, başlanılmış işin gələcəkdə də davamını arzuladığını və rəhbərlik etdiyi qurumun şras ilə bu istiqamətdəki əməkdaşlığının genişləndiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR