Bank Of Baku

Mətbuat Şurası yazılı mediada etik normalara necə əməl olunduğunu araşdıracaq

Mətbuat Şurası yazılı mediada etik normalara necə əməl olunduğunu araşdıracaq
# 12 fevral 2009 14:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Mətbuat Şurası yazılı mediada etik normalara necə əməl olunduğunu araşdıracaq. Şuradan APA-ya verilən məlumata görə, “Azərbaycan yazılı mediasında etik normalara necə əməl olunur?” adlı layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla, ölkədə müntəzəm yayımlanan 60-dan çox kütləvi informasiya vasitəsinin monitorinqinin aparılması nəzərdə tutulur. Monitorinq məlumatların həqiqətə xidmət, dəqiqlik, qərəzsizlik dərəcələrini, KİV-lərin informasiya mənbəyinə münasibətlərini, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə riayət olunması səviyyələrini öyrənəcək. ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin müddəti bir ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR