Bank Of Baku

Terri Devidson: “Biz istəyirik ki, rəsmi Bakının cavabı xarici radioların Azərbaycanda yayımına imkan yaratsın”

Terri Devidson: “Biz istəyirik ki, rəsmi Bakının cavabı xarici radioların Azərbaycanda yayımına imkan yaratsın”
# 13 fevral 2009 11:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “ABŞ xarici radiostansiyaların Azərbaycanda fəaliyyətinin bərpası ilə bağlı təklifinə cavab gözləyir. Ümidvarıq ki, bu məsələni daha tez irəli apara və tez bir zamanda müəyyən razılığa gələ biləcəyik. Əgər Azərbaycan hökuməti bu prosesdə irəli getməyə razı olsa və cavabını versə, Amerika Yayım Şurasının üzvləri istənilən vaxt, istənilən yerdə danışıqları davam etdirə bilərlər”. Bu sözləri APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib.

T. Devidson bildirib ki, Amerika Yayım Şurasının üzvləri Azərbaycan hökuməti ilə “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarının və “Amerikanın səsi”nin televiziya versiyasının yayıma qayıtması məsələsini müzakirə ediblər: “Amerika Yayım Şurası bu radioların Azərbaycan milli dalğalarında yayımlanması təklifini irəli sürüb. Təkliflərdən biri də ondan ibarət olub ki, Azərbaycan tərəfi istəsə, ABŞ-da Azərbaycan və ya ingilis dilində xəbərlərin yayımını təşkil edə bilər. Biz istəyirik ki, rəsmi Bakının cavabı xarici radioların yayımına imkan yaratsın”.

T. Devidson əlavə edib ki, ABŞ qanunlara hörmət edən ölkədir: “Biz Azərbaycanın qanunlarına hörmət edirik. Biz danışıqlar nəticəsində elə bir qanuni çərçivə müəyyən etmək istəyirik ki, bu çərçivə xarici radioların Azərbaycanda daha geniş auditoriyaya yayılmasına imkan versin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR