Bank Of Baku

Son bir il ərzində Mətbuat Şurasına peşə davranış qaydalarının pozulması ilə bağlı 18 minə yaxın müraciət daxil olub

Son bir il ərzində Mətbuat Şurasına peşə davranış qaydalarının pozulması ilə bağlı 18 minə yaxın müraciət daxil olub
# 13 fevral 2009 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son bir il ərzində Azərbaycan Mətbuat Şurasına (MŞ) peşə davranış qaydalarının pozulması ilə bağlı 18 minə yaxın müraciət daxil olub”.
APA-nın məlumatına görə, bu barədə MŞ sədri Əflatun Amaşovun “Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi” layihəsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirilib. Ə. Amaşov qeyd edib ki, fevralın 1-dən ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə KİV əməkdaşlarının mövcud etik və qanunvericilik normalarına əməl etməsini izləməyə imkan verəcək. Layihə çərçivəsində Azərbaycanda müntəzəm işıq üzü görən 60-dan çox yazılı mətbuat orqanının müxtəlif istiqamətlərdə monitorinqi aparılacaq.
Ə. Amaşovun sözlərinə görə, jurnalistlərin balansa necə əməl etmələri, məlumat mənbələrindən necə istifadə olunması, mətbuatda şərəf və ləyaqətin nə dərəcədə qorunması, KİV-lərin nə qədər düzəliş verməsi aydınlaşacaq. MŞ sədri bildirib ki, hər ay monitorinqin nəticələri açıqlanacaq və qəzetlərin peşə davranış qaydalarına əməl etməsi ilə bağlı reytinq cədvəli müəyyən ediləcək. MŞ-nın nəzdində yara6dılacaq xüsusi qrup isə monitorinqlərin nəticələri ilə bağlı pozuntuya yol verən redaksiyalarda görüşlər keçirəcək.
Qeyd edək ki, 56 min ABŞ dolları dəyərində olan layihə çərçivəsində KİV-lər 50 pozuntu istiqaməti üzrə monitorinq olunacaqlar. Monitorinqin nəticəsində peşə davranış qaydalarına pozan KİV-lərlə bağlı MŞ kəskin qərar verməyəcək: “Bu monitorinqlərin nəticələri mütəmadi yayımlanacaq. Mənə elə gəlir ki, ictimai qınaq məhkəmələrin çıxardığı qərardan daha önəmlidir”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson isə qeyd edib ki, səfirlik Azərbaycan mediasında peşəkarlığın artırılmasına yönəlmiş səyləri dəstəkləyir: “Demokratiya güclü mətbuatsız işləyə bilməz. ABŞ səfirliyi Mətbuat Şurası ilə mətbuatın daha da möhkəmlənməsi üçün iş birliyi quracağına ümid edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR