Bank Of Baku

BBC rəhbərliyi radionun Azərbaycan ərazisində yayımının bərpası ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparacaq

BBC rəhbərliyi radionun Azərbaycan ərazisində yayımının bərpası ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparacaq
# 16 fevral 2009 13:34 (UTC +04:00)
“BBC World Service”dən APA-ya verilən xəbərə görə, rəhbərlik yaranmış vəziyyəti və yayımın keyfiyyətinin yaxşılaşdırılması üçün Ağsu, Daşkəsən, Lerik rayonlarında üç FM ötürücüsünün yerləşdirilməsi haqqında ötən ilin oktyabrında imzalanmış müqavilənin taleyini Azərbaycan hökuməti ilə müzakirə etmək istəyir: “Biz Azərbaycan Milli Televiziya və Radio Şurasının 2009-cu il yanvarın 1-dən etibarən ölkə ərazisində xarici radioların yayımının dayandırılması barədə qərarından təəssüflənirik. Biz Azərbaycanın yüz minlərlə radio dinləyicisini müstəqil və tərəfsiz xəbər almaqdan məhrum edən bu qərardan məyus olmuşuq. BBC-nin yayımlarını orta dalğada və BBCAzeri.com, BBCTurkish.com, BBC.com/news saytlarında “on-line” olaraq dinləmək mümkündür. Biz bölgədə yayımlarımızı davam etdirmək üçün başqa üsullar da tapmağa çalışacağıq”.

MTRŞ-dan isə APA-ya hələlik bu məsələ ilə bağlı BBC korporasiyasından təklif almadıqlarını bildiriblər.

Qeyd edək ki, artıq ABŞ tərəfi “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan milli tezliyində yayımı ilə bağlı rəsmi Bakıya müəyyən təkliflər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR