Bank Of Baku

Xarici diplomatlar həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru ilə görüşüblər

Xarici diplomatlar həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru ilə görüşüblər
# 19 fevral 2009 11:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycandakı diplomatik korpusun nümayəndələri həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüblər. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. O bildirib ki, Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, ATƏT-in Bakı ofisinin və Norveç səfirliyinin əməkdaşları 15 saylı Cəzaçəkmə Müəssisəsində olublar. Müəssisənin şəraiti ilə yaxından tanış olan diplomatlar orada saxlanılan “Tolişi Sədo” qəzetinin baş redaktoru N. Məmmədovla görüş keçiriblər. Görüş barədə əlavə şərh verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR